525.Az

İnsan Anatomiyası Muzeyi ictimaiyyətə təqdim edildi


 

İnsan Anatomiyası Muzeyi ictimaiyyətə təqdim edildi<b style="color:red"></b>

Dünən Azərbaycan QHT Forumunun təşəbbüsü ilə İnsan Anatomiyası Muzeyi ictimaiyyətə təqdim edilib.

Azərbaycan Tibb Universitetində (ATU) keçirilən tədbirdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, universitin İnsan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski rəhbərlik etdiyi kafedra və burada fəaliyyət göstərən İnsan Anatomiyası Muzeyi barədə məlumat verib:  “1919-cu ildə professor Razumovski tərəfindən təşkil edilən muzey zaman keçdikcə daha da zənginləşib, bugünkü dövrümüzə gəlib çatıb. 1937-ci ildən ilk dəfə olaraq İnsan anatomiyası kafedrasına azərbaycanlı mütəxəssis, professor Balakişiyevin rəhbər təyin edilməsi muzeyin də sonrakı fəaliyyətinə öz müsbət təsirini göstərib”.

QHT Forumunun rəhbəri, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının İdarə Heyətinin üzvü Rauf Zeyni muzeyin yaradılmasını və fəaliyyətini təqdir edərək bildirib ki, universitet və muzey əməkdaşlarının vətəndaş cəmiyyəti nümayəndələri ilə əlaqələrinin artırılması ciddi töhfələr verə bilər.

Milli Məclisin deputatı, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri, həkim-qastroenteroloq İlham Məmmədov dövlətin bütün sahələrə olan diqqət və qayğısından söz açıb. O qeyd edib ki, Azərbaycan Tibb Universiteti hər zaman yetişdirdiyi peşəkar mütəxəssis, tibbi kadrları ilə seçilib.

“İki sahil” qəzetinin baş redaktoru, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə isə tibb sahəsinə həvəsi olan gənclər üçün Azərbaycan Tibb Universitetinin bir mərkəz olduğunu vurğulayıb: “Tanış olduğumuz bu muzeyin təşkili və ictimaiyyətə təqdim edilməsi illərin təcrübə və fəaliyyətinin bariz nümunəsidir”.

Daha sonra vətəndaş cəmiyyəti institutları və ictimaiyyət nümayəndələri və jurnalistlərin iştirakı ilə muzeyə baxış olub.

MÜŞFİQ

 





13.01.2018    çap et  çap et