525.Az

“Aşıq sənətinin tədrisi üzrə metodik tövsiyə” hazırlandı


 

“Aşıq sənətinin tədrisi üzrə metodik tövsiyə” hazırlandı<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən “Aşıq sənətinin tədrisi üzrə metodik tövsiyə” çap edilib. Bu, aşıq sənətinin tədrisi və metodikası üzrə ilk tədris vəsaitidir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vəsaitin müəllifi Gədəbəy Aşıq məktəbinin direktoru Etibar Əliyevdir.

Metodiki tövsiyədə aşıq havalarının tədris edilməsində musiqi aləti olaraq sazdan istifadə edilməsiylə yanaşı, aşıq sənətinin sinkretik (qovuşuq) sənət olduğunu şagirdlərə izah etmək üçün sazın texniki quruluşu ilə bağlı məlumatlar, aşıq poeziyası o cümlədən, deyişmə nümunələri, dastan yaradıcılığı, səhnə davranışı, aşıq sənətinə dövlət qayğısı və s. barədə bilgilər verilib.

Qeyd edək ki, Gədəbəy Aşıq məktəbinin direktoru, folklorşünas Etibar Əliyev aşıq sənətinin tədrisində nəzərdə tutulan “Aşıq sənəti tarixi” nəzəriyyə kitabının da müəllifidir. O, məlum nəzəriyyə fənni üzrə proqram-dərslik yazıb. Bu ilki tədris ilindən başlayaraq Gədəbəy Aşıq məktəbində “Aşıq sənəti tarixi” fənni tədris edilir. E.Əliyev həm də Azərbaycanda XIX əsrin ortaları - XX əsrin əvvəllərində fəaliyyət göstərmiş alman milliyyətli Simens qardaşlarının Gədəbəydəki izləri ilə məşğuldur. Onun bu sahədə növbəti (albom-mətn tərtibatında) “Simenslər Azərbaycanda” kitabı da çapdan çıxıb.

 





13.01.2018    çap et  çap et