525.Az

Bibiheybətdə Xalq şairi Nəriman Həsənzadə ilə görüş - Fotolar


 

Bibiheybətdə Xalq şairi Nəriman Həsənzadə ilə görüş - <b style="color:red">Fotolar</b>

Səbail rayonu Bibiheybət qəsəbəsində yerləşən 50 nömrəli orta məktəbdə Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş “Bu torpaqda bitəcəyəm mən xarı bülbül yerinə” adlı bədii gecə keçirilib.

Səbail Rayon İcra Hakimiyyətinin, YAP Səbail Rayon təşkilatının, ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Həsənova Nəriman Həsənzadənin həyat və yaradıcılığı barədə məlumat verib. Onun ədəbiyyata xidmətlərindən danışıb.

Sonra N.Həsənzadə məktəb, universitet barədə xatirələrindən, yaradıcılığından, Heydər Əliyevlə görüşlərindən danışıb, şeirlərindən bir neçəsini deyib. Çoxsaylı sualları cavablandırıb.

Şagirdlərin ifasında şairin şeirləri, sözlərinə yazılmış mahnılar səslənib, bədii kompozisiya nümayiş etdirilib.

Sonda qonağa məktəblilərin hazırladıqları hədiyyələr təqdim olunub.

 





14.01.2018    çap et  çap et