525.Az

"Körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb"


 

"Körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb"<b style="color:red"></b>

Gəncə şəhər Səhiyyə İdarəsində “Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı”na həsr edilmiş müşavirə keçirilib.  

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirənin əsas məqsədi ölkədə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub. 

Tədbirdə bildirilib ki, keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb. 

Müşavirədə 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili aparılıb.

 





15.01.2018    çap et  çap et