525.Az

Lənkəranda qazılan su quyusundan qədim saxsı qablar tapıldı


 

Lənkəranda qazılan su quyusundan qədim saxsı qablar tapıldı<b style="color:red"></b>

Lənkəran sakini həyətində su quyusu qazarkən quyudan saxsı qablar çıxıb. 

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Cil kən sakini, Amid Xurşudzadə həyətyanı sahəsində su quyusu qazıb. Quyunun eni bir metr, dərinliyi isə beş metr olub. Qazıntı işləri apararkən yerin beş metr dərinliyindən saxsı qablar çıxıb. 

Saxsı qabların ikisi bütöv, biri isə sınmış halda olub. Anar Xurşudzadə bildirib ki, burada əvvəllər yaşayış olmayıb. O, kəndin yaşlı adamları və tarix müəllimlərinə də bu əşyaları göstərib. Qabların bir neçə yüz il əvvələ aid olduğu, məişətdə istifadə olunduğu ehtimal olunur.

A.Xurşudzadə dulusçuluq məmulatlarını yoxlanılması və tarixinin araşdırılması üçün aidiyyəti qurumlara təhvil vermək niyyətindədir.

 





15.01.2018    çap et  çap et