525.Az

Firuzə Məmmədlinin İstanbulda kitabı təqdim edildi


 

Firuzə Məmmədlinin İstanbulda kitabı təqdim edildi <b style="color:red"></b> Bugünlərdə şair-tərcüməçi Firuzə Məmmədlinin İstanbulda türkcə nəşr olunan ilk kitabı "Sözlərim könlümü almağa gəlir" təqdim edilib. 

İstanbulda fəaliyyət göstərən "Araz yayınları” Nəşriyyatı tərəfindən çapa hazırlanan kitabın tanıtım günləri də uğurlu olub.

Nəşriyatın koordənatoru Kəbutər Haqverdi Azərbaycan ədəbiyyatının tanınması üçün belə günlərin çox önəmli olduğunu vurğulayıb.

F.Məmmədli Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri, bər neçə beynəlxalq mükafatın qalibidir. Şeirləri bir neçə dilə tərcümə edilib. 2017-ci ildə isə Firuzə Məmmədli "Qızıl Kəlmə” mükafatına layiq görülüb.

Firuzə Məmmədli İstanbulda Türkiyə Azərbaycan Dərnəyində (İSTAD) təşkil olunan şeir gecəsinin əsas qonağı olub.

Görüşdə tanınmış ədəbiyyatçılar, İSTAD-ın üzvləri və poeziyasevərlər iştirak ediblər.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu şairə Firuzə Məmmədlinin yaradıcılığından danışıb.

Göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlıq edən şairə görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Xeberle.com
 





15.01.2018    çap et  çap et