525.Az

Prezident Bolqarıstan baş naziri ilə təkbətək görüşdü


 

Prezident Bolqarıstan baş naziri ilə təkbətək görüşdü<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub. 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan baş naziri Boyko Borisovu qarşılayıb.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 





15.01.2018    çap et  çap et