525.Az

Əfqanıstanın paytaxtı raket atəşinə tutuldu


 

Əfqanıstanın paytaxtı raket atəşinə tutuldu<b style="color:red"></b>

Əfqanıstan paytaxtı Kabil raket atəşinə məruz qalıb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Kanada və Hindistan səfirlikləri yaxınlığına iki raket mərmisi düşüb. 

İlkin məlumata əsasən, insident nəticəsində zərərçəkən olmayıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 





15.01.2018    çap et  çap et