525.Az

Gürcüstan prezidenti üçüncü dəfə ata oldu


 

Gürcüstan prezidenti üçüncü dəfə ata oldu<b style="color:red"></b>

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin oğlu anadan olub. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə dövlət başçısının rəsmi Facebook səhifəsində bildirilib. 

“Toma Marqvelaşvili anadan oldu”, - rəsmi səhifədə yazılıb. 

Qeyd edək ki, Gürcüstan prezidenti və onun həyat yoldaşı Maka Çiçua 2014-cü ildə rəsmi nikaha daxil olublar. Cütlüyün 2015-ci ilin fevralın 2-də Temo adlı oğulları dünyaya gəlib. G.Marqvelaşvilinin əvvəlki nikahdan Anna adlı qızı da var.

 





16.01.2018    çap et  çap et