525.Az

Bakıdan Sofiyaya birbaşa uçuşlara başlandı


 

Bakıdan Sofiyaya birbaşa uçuşlara başlandı<b style="color:red"></b>

Bu gündən Bakı-Sofiya marşrutu ilə ilk aviareys yerinə yetirilib. 

“APA-Economics” xəbər verir ki ilk birbaşa aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər və “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilib.

Bununla da Bolqarıstanın paytaxtı Azərbaycanın aşağı büdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirdiyi ilk şəhər olub. 

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi 29 avro (bir tərəfə) təşkil edəcək. 

Aşağı büdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində  təklif edəcək. 

Qeyd edək ki, bugünkü aviareys 08:30-da həyata keçirilib və Sofiya şəhərinə eniş 11:55-də reallaşacaq. Yanvar ayının 23-dən isə müntəzəm uçuşlara başlanılacaq və martın 24-nə (qış cədvəlinə görə - red.) kimi davam etdiriləcək. Uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək. Bakıdan uçuş 08:30-11:55, Sofiyadan geri dönüş isə 12:55-16:05 olacaq.

 





16.01.2018    çap et  çap et