525.Az

"ABB kapital mövqeyini və aktivlərinin keyfiyyətini bərpa edib"


 

"ABB kapital mövqeyini və aktivlərinin keyfiyyətini bərpa edib"<b style="color:red"></b>

"Xarici öhdəliklər və toksik aktivlərin ötürülməsi də daxil olmaqla 2017-ci ilin sonunda “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) restrukturizasiya prosesi başa çatıb". 

Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən “APA-Economics”ə bildirilib.  

Agentliyin mütəxəssisləri qeyd ediblər ki, restrukturizasiya prosesindən sonra bank kapital mövqeyini, aktivlərinin keyfiyyətini bərpa edib, maliyyə strukturunu yaxşılaşdırıb. 

“Buna baxmayaraq, bankın gələcək inkişafı, kredit portfelinin böyüməsi, daimi baza gəlirinin yaxşılaşması, o cümlədən mövcud açıq valyuta mövqeyinin hedcləşdirilməsi ilə bağlı hələ də çağırışlar mövcuddur”, - deyə agentlikdən bildirilib.

 





16.01.2018    çap et  çap et