525.Az

Rada Donbas haqqında qanun layihəsinə baxılmasını təxirə saldı


 

Rada Donbas haqqında qanun layihəsinə baxılmasını təxirə saldı<b style="color:red"></b>

Ukrayna Ali Radası “Donbasın reinteqrasiyası haqqında” qanun layihəsinin müzakirəsini növbəti plenar iclasadək təxirə salıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna parlamentinin saytında bildirilir.   

“Ümumilikdə, 673 düzəlişdən 482-sinə baxılıb. Düzəlişlərin baxılması növbəti plenar iclasda davam etdiriləcək”, - deyə məlumatda bildirilir. 

Növbəti plenar iclas yanvarın 17-də keçiriləcək.

 





17.01.2018    çap et  çap et