525.Az

İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqladı


 

İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqladı<b style="color:red"></b>

İŞİD terror qruplaşmasının məğlub olması o deməkdir ki, Fələstin məsələsinin həlli yenidən İslam dünyası üçün əsas prioritetə çevrilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib. 

İran prezidenti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 13-cü sessiyasında çıxış  edib. 

“İŞİD ekstremist qruplaşmasının məğlub olmasının əsas müsbət tərəflərindən bir də odur ki,  Fələstin məsələsi nəhayət öz yerinə qayıdaraq İslam dünyasının siyasi gündəminin əsas prioritetinə çevrilib”, - deyə Ruhani qeyd edib.

 





17.01.2018    çap et  çap et