525.Az

İƏT Parlament İttifaqının 13-cü sessiyası başladı


 

İƏT Parlament İttifaqının 13-cü sessiyası başladı<b style="color:red"></b>

Tehranda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 13-cü sessiyası başlayıb. Konfransda baş katib Altınbek Mamayusupovun başçılıq etdiyi TürkPA nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
 
TürkPA-dan APA-ya verilən xəbərə görə, toplantıya TürkPA üzv dövlətləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan nümayəndə heyətləri də qatılıb. Sessiya çərçivəsində A. Mamayusupov TBMM sədri İsmail Kahraman, eləcə də TürkPA üzv ölkələrinin nümayəndə heyətlərinin üzvləri və digər vəzifəlilərlə görüşüb.

Qeyd edək ki, 2011-ci ildən TürkPA müşahidəçi qismində İƏT Pİ-nin konfransları və müvafiq tədbirlərdə iştirak edir.

 





17.01.2018    çap et  çap et