525.Az

Sabahdan hava şəraiti sabitləşəcək


 

Sabahdan hava şəraiti sabitləşəcək

Sabahdan Azərbaycan ərazisində hava şəraiti sabitləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-23, gündüz 26-30 dərəcə isti olacaq.

Sentyabrın 4-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Sentyabrın 5-i və 6-da isə atmosfer təzyiqinin xeyli tərəddüdü, 5-də arabir güclənən gilavar küləyinin 6-da güclü xəzri küləyinə keçməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər
Azərbaycanın rayonlarında sentyabrın 4-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
 

 





03.09.2012    çap et  çap et