525.Az

Türk Ədəbiyyatı Vəqfi xüsusi medalla təltif olundu


 

Türk Ədəbiyyatı Vəqfi xüsusi medalla təltif olundu<b style="color:red"></b>

Bakıda yerləşən Mahmud Kaşğari Vəqfinin türk coğrafiyasının müxtəlif ölkələrinin fikir, sənət, ədəbiyyat sahələrində fəaliyyət göstərən qurum və şəxslərə verdiyi xüsusi medalına bu dəfə Türk Ədəbiyyatı Vəqfini layiq görüb.

Ədəbiyyatsevərlərin qatıldığı tədbirdə Mahmud Kaşğari Vəqfinin rəhbəri Elxan Zal Qaraxanlı, Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərhat Kabaklı türk dünyası arasındakı ədəbi-mədəni əlaqələrdən söhbət açıb, belə tədbirlərin vacib olduğunu vurğulayıblar.

1978-ci ildə Şeyhülmühərririn Əhməd Kabaklı tərəfindən qurulan, yaradıcıları arasında Səbahəddin Zaim, Nəcməddin Hacıeminoğlu, Cəlal Bayar, Faruk Qədri Timurtaş, Təhsin Banguoğlu kimi məşhur simaların yer aldığı Türk Ədəbiyyatı Vəqfi Türkiyədə və Türk dünyasında nüfuzlu ədəbi-mədəni qurumdur. Vəqf bu medala "fikir, sənət, ədəbiyyat həyatına verdiyi töhfələr, türk dünyası ilə səmimi və səmərəli səylərinə görə" layiq görülüb.

Medalı S.Kabaklıya E.Qaraxanlı təqdim edib.

CAVİD

 





19.01.2018    çap et  çap et