525.Az

Ədəbiyyat İnstitutunda 20 yanvar faciəsinin ildönümü anıldı


 

Ədəbiyyat İnstitutunda 20 yanvar faciəsinin ildönümü anıldı<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən Bakıda törədilmiş qanlı hadisələrin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli bildirib ki, 20 yanvar xalqımızın qan yaddaşıdır və hər il şəhidlərimizi anmaq bizim borcumuzdur. Həmin hadisələrə ilk siyasi qiymətin Ulu Öndərimiz Heydər Əliyev tərəfindən verildiyi, faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi diqqətə çatdırılıb. Xalqımıza qarşı törədilən bu qanlı hadisəyə ilk dəfə hüquqi qiymət də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə verildiyi akademik İsa Həbibbəyli tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hər il ənənəvi şəkildə hadisələrlə bağlı məruzə dinlənilir. Ənənəyə uyğun olaraq filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı "20 yanvar hadisələri və Azərbaycan ədəbiyyatı" adlı məruzə ilə çıxış edib. Məruzədə 20 yanvar hadisələrinin Azərbaycan ədəbiyyatında əksi məsələləri ətraflı şərh edilib.

 





19.01.2018    çap et  çap et