525.Az

UNEC-in rektoru Zaqatala filialının tələbələrilə görüşəcək


 

UNEC-in rektoru Zaqatala filialının tələbələrilə görüşəcək<b style="color:red"></b>

Yanvarın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Zaqatala filialında tələbələrlə görüşəcək.

UNEC-in Marketinq və Kommunikasiya Departamentindən verilən xəbərə görə, rektor bununla bağlı rəsmi Facebook səhifəsində tələbə və valideynlərə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "UNEC-in Zaqatala filialında təhsil alan əziz tələbələr, hörmətli valideynlər! Semestr müddətində və davam edən qış imtahan sessiyasındakı nəticələrinizi diqqlətlə izləyirik və qazandığınız hər bir uğur bizi olduqca sevindirir.

Filialımızda tədrisin keyfiyyətinin yüksəldilməsi bizim prinspial mövqeyimizdir və tələbələrimizin bu prosesdə təşəbbüskarlığı bizim üçün çox önəmlidir. Həm imtahan sessiyası, həm də tədris prosesi barədə müraciətlərinizi dinləmək üçün yanvar ayının 23-ü saat 10:00-da Zaqatala filialımızda keçirəcəyim görüşə hər birinizi dəvət edirəm. Bir daha hər birinizə uğurlar arzulayıram!".

S.QARAYEVA

 





19.01.2018    çap et  çap et