525.Az

“Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Yanvara verilən ilk siyasi qiymət idi”


 

“Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Yanvara verilən ilk siyasi qiymət idi”<b style="color:red"></b> Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 28 illiyinə həsr olunmuş tədbir keçirilib.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, tədbirdə səfir Polad Bülbüloğlu, Rusiya ictimaiyyət nümayəndələri, xarici diplomatlar iştirak edib. Əvvəlcə Heydər Əliyevin səfirliyin qarşısındakı abidəsi və faciə qurbanlarının adları yazılmış guşənin önünə əklil qoyulub. Sonra qonaqlara rus və ingilis dillərində 20 Yanvar faciəsi barədə məlumat verilib.
 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 20 Yanvar faciəsi barədə ətrafı danışaraq bildirib ki, həmin dəhşətli gecə heç vaxt xalqın yaddaşından silinməyəcək: “O dəhşətli gecədə tamamilə günahsız, dinc Azərbaycan vətəndaşları həlak olub. Dövlətin tanklarla öz xalqının üzərinə hücum etməsi çox dəhşətlidir. Bu hadisədən sonra məlum oldu ki, Sovet İttifaqı daha öz mövcudluğunu davam etdirə bilməz. Mən xatırlayıram
ki, azərbaycanlılar öz partiya biletlərini küçələrdə yandırırdılar”.
 
P. Bülbüloğlu qeyd edib ki, səfirliyin Moskvadakı binası bu şəhərdə yaşayan insanlar üçün 20 Yanvar hadisəsi baxımından xüsusilə qiymətlidir: “1990-cı il yanvarın 21-də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev bu binaya gələrək kommunist rejiminin davam etdiyi bir zamanda bəyan etdi ki, bu hadisə cinayətdir. Bu, törədilmiş cinayətə verilən ilk siyasi qiymət idi. Azərbaycan inkişaf edir. Bu gün bütün dünyada suveren ölkə olan Azərbaycanla hesablaşırlar və bu da Azərbaycan xalqına əl qaldırmağa cürət edən təcavüzkarlara ən yaxşı cavabdır”.
 





20.01.2018    çap et  çap et