525.Az

Prezident Şəhidlər Xiyabanını ziyarət etdi


 

Prezident Şəhidlər Xiyabanını ziyarət etdi<b style="color:red"></b>

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanı ziyarət ediblər. 

APA-nın məlumatına görə, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib. 

Dövlət və hökumət rəsmiləri, respublikadakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də ziyarətə qatılıb, 20 Yanvar şəhidlərinə ehtiramlarını bildiriblər. 

Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb. 

 





20.01.2018    çap et  çap et