525.Az

“Nə? Harada? Nə Zaman?” intellektual oyununa qatılmaq üçün gənclər axtarılır- ELAN


 

“Nə? Harada? Nə Zaman?” intellektual oyununa qatılmaq üçün gənclər axtarılır-<b style="color:red">  ELAN </b>

"Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı “Bakının BirIncisi 2013” adlı “Nə? Harada? Nə Zaman?” gənclərarası intellektual yarışmasının  keçirilməsinə hazırlaşır. Layihənin baş koordinatoru Ayan Bəşirzadənin verdiyi məlumata görə, yarışma  13 İyul 2013-cü il tarixində keçiriləcək.  İştirak üçün ərizələrin qəbuluna artıq başlanıb və iyulun 8-nə kimi davam edəcək. Turnirdə iştirak üçün yaş həddi 29-dur. 1983-cü il tarixində anadan olmuş 30 yaşı iyulun 13-dən tez olmayaraq tamam olmuş şəxslər müraciət edə bilərlər.

Ərizədə komandanın adı, iştirakçıların adı, soyadı, təvəllüdü və əlaqə telefonları qeyd olunmalıdır. İştirak ərizəsi ilə birgə şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Bütün ərizələr [email protected]  ünvanına göndərilməlidir. 

Xatırladaq ki, “Bakının Birİncisi” yarışması 2010” adlı “Nə? Harada? Nə Zəman?” gənclərarası yarışması 13 Fevral  2010-cu ildə, “Bakının Birİncisi 2011” 16 Aprel 2011 ildə,  “Bakının Birİncisi 2012” isə 12 may 2012 - ci ildə keçirilib.

Bu turnir Rusiyada, Beynəlxalq Klublar Assosiasiyasında qeydiyyata alınıb.

 





14.06.2013    çap et  çap et