525.Az

“Dolu” filmi Bakı Xoreoqrafiya Akademiyasında


 

“Dolu” filmi Bakı Xoreoqrafiya Akademiyasında <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib, Əməkdar jurnalist, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın da iştirak etdiyi tədbirdə onun ssenarisi əsasında çəkilmiş “Dolu” filmi nümayiş olunub.

Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.  

BXA-nın rektoru, professor Timuçin Əfəndiyev Qanlı Yanvar hadisələri haqqında geniş məlumat verib, həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb. Rektor qeyd edib ki, müharibə mövzusunda çəkilən “Dolu” filmi müharibənin dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini yeni nəslə çatdıran, gəncliyin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir.

Filmin ssenari müəllifi Aqil Abbas BXA-nın professor-müəllim və tələbə heyətini salamlayaraq, ali təhsil ocağında olmağından məmnunluğunu bildirib, akademiya rəhbərliyinə minnətdarlıq edib. Həmçinin, A.Abbas “Dolu” bədii filmi haqqında məlumat verərək, filmin yaradıcı heyətini BXA-nın professor-müəllim və tələbə heyətinə təqdim edib.

Filmin nümayişindən sonra Aqil Abbas və “Dolu” filminin aktyor heyəti ilə görüşən müəllim və tələbələr öz təəssüratlarını bölüşüblər.

2012-ci ildə dövlət sifarişi ilə çəkilən “Dolu” filminin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyevdir.

Şahanə MÜŞFİQ

 





21.01.2018    çap et  çap et