525.Az

"Azərbaycan mənim ikinci vətənimdir"


 

"Azərbaycan mənim ikinci vətənimdir"<b style="color:red"></b> "Azərbaycan mənim ikinci vətənimdir. Azərbaycanı, onun paytaxtını çox sevirəm. Bakıya hər səfərimdə yeniliklərin, dəyişikliklərin şahidi oluram. Bakıda genişmiqyaslı abadlıq işləri aparılır, gözoxşayan binalar tikilir. Dənizkənarı Milli Parkın gözəlliyi insanı valeh edir. Azərbaycanın paytaxtında sözün əsl mənasında, sürətli inkişaf prosesi gedir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir".

Bu sözləri İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının keçmiş üzvü, professor Hakkı Keskin AzərTAc-a  müsahibəsində bildirib.

Azərbaycana tez-tez səfər etdiyini diqqətə çatdıran qonaq Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma münasibət bildirərək deyib:

“Düşünürəm ki, Azərbaycan doğru yol seçib. Azərbaycanın dünyaya tanıdılması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan belə mötəbər tədbirlərin Bakıda keçirilməsi çox vacibdir. Dünyanın tanınmış şəxsiyyətləri burada bir araya gələcəklər, beynəlxalq əhəmiyyətli mövzuları müzakirə edəcəklər, eyni zamanda, Azərbaycanla yaxından tanış olacaqlar, paytaxt Bakıda gedən inkişaf prosesləri barədə ətraflı məlumat almaq imkanı qazanacaqlar. Forum çərçivəsində multikulturizm və mediyanın cəmiyyətdə rolu kimi aktual məsələlər də müzakirə olunacaqdır. Bunlar isə dünya miqyasında çox əhəmiyyətli mövzulardır. Bununla Azərbaycan qapılarının qlobal problemlərin müzakirəsi üçün dünyaya açıq olduğunu bir daha nümayiş etdirir”.
 





04.10.2012    çap et  çap et