525.Az

Türkiyənin imici korlandığı üçün 2020 Olimpiya Oyunları başqa ölkədə keçiriləcək


 

Türkiyənin imici korlandığı üçün 2020 Olimpiya Oyunları başqa ölkədə keçiriləcək<b style="color:red"></b>

2020-ci ildə olimpiya oyunları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. Bu barədə məlumatı Yaponiyanın “Kyodo” agentliyi Beynəlxalq Olimpiya komitəsinə istinadən yayıb. Məlumata görə, komitənin bu il sentyabrın 7-də Argentinanın Buenos Ayres şəhərində keçirəcəyi iclasda 2020-ci il olimpiya oyunlarının İstanbulda keçiriləcəyinə dair xəbər verməsi gözlənilirdi.

Qeyd edək ki, iclasda komitə üzvlərindən biri son baş verən hadisələr səbəbindən İstanbulun öz şansını itirdiyini, bu vaxt ərzində səhv bir addım atmayacağı təqdirdə Tokionun 2020 olimpiadası üçün böyük şansı olacağını deyib.

Xatırladaq ki, 1964-cü il Yay Olimpiya oyunları Yaponiyanın paytaxtı Tokioda keçirilmişdi.

 





18.06.2013    çap et  çap et