525.Az

Azərbaycan karateçilərindən tarixi nəticə


 

Azərbaycan karateçilərindən tarixi nəticə<b style="color:red"></b>

Rusiyanın Soçi şəhərində keçirilən Yeniyetmə və Gənclərin Avropa Çempionatında Azərbaycan karateçiləri tarixi nəticə göstəriblər.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, komandamız yarışlarda 4 qızıl, 1 gümüş və 1 bürüc olmaqla, ümumilikdə 6 medal qazanıb.

Avropa Çempionatının sonuncu günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcıl olaraq ikinci dəfə avropa üçüncülüyünü qazanıb.

Yarışın ilk günü Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) və Polina Hurenko (-47 kq, şəxsi məşqçisi Denis Morozov), ertəsi gün 16-18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (-61 kq, şəxsi məşqçisi Vüqar Kərimov) qızıl medala sahib olub. Mədinə Sadıxova (-48 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) isə gümüş medala layiq görülüb. Roman Heydərov (kata), Aytac Əliyeva (-55 kq) və Fəridə Əliyeva (+67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də medal qazana bilməyiblər.

44 ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub. Qitə çempionatında idmançılarla birlikdə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib Mirhəsən Seyidov bu tarixi nəticəni yüksək qiymətləndiriblər.

CEYHUN

 





05.02.2018    çap et  çap et