525.Az

Branimir Subaşiç “Orduspor”la müqavilə imzaladı


 

Branimir Subaşiç “Orduspor”la müqavilə imzaladı<b style="color:red"></b>

Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç karyerasını Türkiyədə davam etdirəcək.

Qol.Az-ın məlumatına görə, 31 yaşlı hücumçu qardaş ölkənin I liqasında yarışan “Orduspor”a keçib.
 
Klubun rəsmi saytı Subaşiçlə 2 illik müqavilənin bağlandığını bəyan edib.
 
Qeyd edək ki, Branimir Subaşiç Serbiyanın paytaxtı Belqradda doğulsa da, 2007-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib. O, yığmamızda 40 oyuna 7 qol vurub. Subaşiç ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”ın formasını geyinib.a

 





19.06.2013    çap et  çap et