525.Az

Semih “Fənərbağça”dan qovuldu


 

Semih “Fənərbağça”dan qovuldu<b style="color:red"></b> Türkiyənin “Fənərbağça” klubu tanınmış futbolçusu Semih Şəntürklə yollarını ayırıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Semih rəhbərliyin onunla görüş üçün dəvətini rədd edib.
 
Bundan sonra 30 yaşlı hücumçunun meneceri ilə bir-araya gələn klub rəsmiləri Şəntürkün növbəti mövsüm üçün komandada nəzərdə tutulmadığını bildiriblər.
 
Qeyd edək ki, Semih Şəntürk 16 yaşından “Fənərbağça”nın heyətinə cəlb olunub. 2002-ci ilədək əvəzedici komandada və icarə əsasında “İzmirspor”da çıxış edən Şəntürk sonradan əsas heyətə cəlb olunub. O, “Fənər”in heyətində 200 oyuna 61 qol vurub.
 





19.06.2013    çap et  çap et