525.Az

Monteneqroya birbaşa reyslər aparılacaq


 

Monteneqroya birbaşa reyslər aparılacaq<b style="color:red"></b> Bu ilin iyulun 5-dən sentyabrın 13-ə qədər PASHA Holidays (PASHA Travel-in struktur bölməsi) Tivata şəhərinə çarter reysləri təşkil edəcək.
 
Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də JW Marriot Absheron mehmanxanasında saat 18.30-da baş tutacaq.
 
Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
 
Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək.
 
Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.
 





07.02.2018    çap et  çap et