525.Az

Sançesə 16 ay müddətinə həbs cəzası


 

Sançesə 16 ay müddətinə həbs cəzası<b style="color:red"></b>

"Mançester Yunayted"in yeni transferi Aleksis Sançes 2012-2013-cü illərdə İspaniyada 1 milyon avro vergidən yayındığı üçün 16 ay müddətinə həbs cəzası alıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, həbs cəzasını pul cəriməsi ilə əvəzləyib.

İspaniya qanununa görə  ilk cəzası 2 ildən az olan şəxslər pul ödəyərək azadlığa çıxa bilərlər.

Bundan əvvəl Lionel Messi, Kriştiano Ronaldo, Joze Mourinyo İspaniyada vergidən yayınmaqda ittiham olunub. L. Messi ona verilən 21 aylıq şərti həbs cəzasını pul cəriməsi ilə əvəzləyib, K.Ronaldo isə vergidən yayınmadığını bildirib.

 





07.02.2018    çap et  çap et