Fransa futbolunun canlı əfsanəsi Jan-Pyer Papen "Bakı" və "Lans" klubları arasında əməkdaşlıqdan təşvişə düşən erməni lobbisinin cavabını verib.
Qol.Az-ın məlumatına görə, Papen ermənilərin bu etirazlara son qoymalı olduqlarını bildirib:
"Azərbaycanlılarla tarixi münasibətləri nəzərə alsaq, ermənilərin reaksiyasını başa düşürəm. Amma buna son qoymaq lazımdı. Mən hələ indiyə qədər Fransa klublarına investisiya yatıran rusların əleyhinə bircə dəfə də olsun, etiraz eşitməmişəm. Məsələn, İngiltərədə də klublara xarici dövlətlərdən çoxlu maliyyə yatırımı olur. Bu, normal bir şeydi".