525.Az

Böyükağa Hacıyevin səhhəti pisləşdi - ürəyindən əməliyyat olundu


 

Böyükağa Hacıyevin səhhəti pisləşdi - <b style="color:red">ürəyindən əməliyyat olundu</b>

“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev infarkt keçirib.

Bu barədə Qol.az-a "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, təcrübəli mütəxəssisin vəziyyəti ağırdır:

“Oğlu ilə danışmışam. İnfarkt keçirib, hazırda Mərkəzi Klinik Xəstəxanadadır. Ürəyindən əməliyyat olunub, stent qoyublar. Amma ikinci əməliyyata da ehtiyac var. Ürəyin özünə gəlməyini gözləyirlər.

Həkimlərin sözlərinə görə, vəziyyəti ağırdır. Bilirsiniz ki, Böyükağa müəllimin baş nahiyyəsində də problemlər var idi. Moskvada əməliyyat olunmuşdu. Həmin problem yenidən özünü göstərmişdi. Növbəti dəfə baş əməliyyatına hazırlaşırdı. Yenidən Moskvaya getməli idi. Ancaq infarkt keçirdiyi üçün bu gün təcili klinikaya yerləşidirilib. Dualarımız onunladır. Allah şəfasını versin. Böyükağa müəllim futbolumuza hələ lazımdır. Ümid edək ki, hər şey yaxşı olacaq”.

 





07.02.2018    çap et  çap et