525.Az

Magistraturaya 5212 nəfər sənəd verib


 

Magistraturaya 5212 nəfər sənəd verib<b style="color:red"></b>

2018-2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən verilən məlumata əsasən, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2018-ci il fevralın 12-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra  ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 12-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir.

Məlumatda vurğulanıb ki, 8 fevral saat 14:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 4657,  rus bölməsi üzrə 555, ümumilikdə 5212 nəfər elektron ərizəsini təsdiq edib.

S.QARAYEVA

 





09.02.2018    çap et  çap et