525.Az

Köçürülməsinə icazə verilən tələbənin bundan imtina etmə haqqı ləğv edildi


 

Köçürülməsinə icazə verilən tələbənin bundan imtina etmə haqqı ləğv edildi<b style="color:red"></b>

Bu ildən etibarən hər hansı ali məktəbə və ya ixtisasa köçürülməsinə icazə verilən tələbənin sonradan bundan imtina etmək haqqı ləğv edilib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, əgər tələbə www.transfer.edu.az portalına müraciət edib köçürülürsə, bununla bağlı Təhsil Nazirliyi tərəfindən əmr verilir. Bu əmrin bir nüsxəsi tələbənin təhsil aldığı müəssisəyə, biri isə köçürüldüyü ali təhsil müəssisəsinə göndərilir. Proses bununla rəsmiləşdirilir. Bunu geriyə qaytarmağa isə bu ildən icazə verilmir. Bu barədə tələbələrə də xəbərdarlıq edilib.

Bu il tələbə köçürmələri ilə bağlı edilən müraciətlərin sayı ötən illə müqayisədə kifayət qədər artıb. Bu il tələbə köçürmələri üçün bakalavriat səviyyəsi üzrə müraciətlərin sayı 970-dən çoxdur, magistratura səviyyəsi üzrə bu rəqəm 74, orta ixtisas təhsili üzrə isə 340-dan çoxdur. Bu artım bəlkə də tələbələrin daha əvvəl düzgün ixtisas seçməmələri ilə bağlıdır. Təcrübə də göstərir ki, tələbələr ixtisas seçimi zamanı kiminsə tövsiyəsini nəzərə alırlar. Müraciətlərin sayının çox olmasının əsas səbəblərindən biri də yeni qaydaların əvvəlkinə nisbətən daha liberal olması, yəni sadələşdirilməsidir.

Məlumata görə, bu il magistratura səviyyəsi üzrə də tələbə köçürülməsinə (yalnız I tədris ilində) icazə verilir. Buna müraciətlərin sayının artması səbəb olub.

S.QARAYEVA

 





10.02.2018    çap et  çap et