525.Az

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi müəllimlər arasında sorğu keçirdi


 

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi müəllimlər arasında sorğu keçirdi<b style="color:red"></b>

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkənin aparıcı ali təhsil müəssisələrindən sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimləri arasında anonim sorğu keçirib.

Sorğunun məqsədi müəllimlərin rəy, təklif və fikirlərini öyrənmək və obyektiv təhlil aparmaqdır.

Sorğu zamanı müəllimlərə cavablandırmaları üçün 8 sual təqdim olunub. Sorğuda iştirak edən müəllimlərin çoxu ali təhsil müəssisələrinə qəbul qaydaları sizi qane edirmi sualına bəli cavabını verib. Onların fikrincə, ali məktəblərə qəbul imtahanlarında tətbiq olunan test üsulu unikal metoddur.

Hansı sahələrdə peşəkar kadrlara daha çox ehtiyac var sualına müəllimlərin 40 faizi aqrar sənaye, kənd təssərüfatı, torpaqşünaslıq, radiofizika üzrə kadrlara böyük ehtiyac olduğunu bildirib. Müəllimlərin qalan hissəsi isə sosial və iqtisadi cəhətdən inkişaf edən ölkədə bütün sahələr üzrə peşəkar kadrlara hər zaman ehtiyac olduğunu vurğulayıb.

Universitetlərdə mövcud və planlaşdırılan ixtisaslarla əmək bazarının tələb etdiyi ixtisaslar arasında olan uyğunluğu necə qiymətləndirirsiniz sualına müəllimlərin 95 faizi qənaətbəxş cavabını verib. Qalan hissəsi isə qeyri qənaətbəxş cavabını verib. 

Azərbaycanda ali təhsilli kadr hazırlığı sisteminin əmək bazarının tələblərinə görə yetərsiz gördüyünüz tərəfləri nələrdir sualına müəllimlərin cavabı fərqli olub.  Onların bir qismi hesab edir ki, ali təhsilli kadr hazırlığı sisteminin əmək bazarının tələblərinə görə yetərsiz tərəfləri yeni yaradılan sahələrə uyğun təlim materiallarının azlığıdır. Kadr hazırlığının əmək bazarının sorğusu və tələbləri əsasında aparılmamasıdır.

Ali təhsilli kadr hazırlığı prosesində qarşıya çıxan əsas çətinliklər hansılardır sualına cavab olaraq müəllimlərin bir hissəsi tələbələrin xarici dil bilgilərinin aşağı olmasını, müasir tədris vəsaitlərindən yetərincə istifadə etməməsini qeyd edib. Müəllimlərin 65 faizi isə heç bir çətinliklə üzləşmədiklərini bildiriblər.

Tələbələrin ixtisaslarına olan maraqları sizi qane edirmi- 74 faiz müəllim qane edir, 26 faiz qane etmir cavabını verib. Tələbələrin bilik səviyyəsi sizi qane edirmi sualına gəlincə, müəllimlərin çox hissəsi tələbələrin biliyini yüksək qiymətləndiriblər.  Müəllimlərin az faizi tələbələrin bilik səviyyəsindən narazıdır.

ADPU-da aparılan islahatlar sizi qane edirmi sualına sorğuda iştirak edən müəllimlərin hamısı qane edir cavabını verib. Onlar hesab edir ki, son vaxtlar ADPU-da tələbələrin yüksək səviyyədə təhsil alması, biliyinin şəffaf və ədalətli qiymətləndirilməsi, tədrisə yüksək ixtisaslı peşəkar müəllimlərin cəlb olunması, universitetin maddi-texniki bazasının gücləndirilməsi  baxımından mühüm işlər görülüb.

 





13.02.2018    çap et  çap et