525.Az

ASAN mərkəzlərində "Azərsu"ya 55 mindən çox müraciət qeydə alınıb


 

ASAN mərkəzlərində "Azərsu"ya 55 mindən çox müraciət qeydə alınıb<b style="color:red"></b>

2017-ci ildə "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində fəaliyyət göstərən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 55092 müraciət edilib.

ASC-dən verilən məlumata görə, müraciətlərin 26793-ü "ASAN xidmət", 28299-u isə "ASAN Kommunal" mərkəzlərində qeydə alınıb. Hesabat dövründə edilən müraciətlər arasında itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Ən çox müraciət Sabunçu rayonundakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində, həmçinin, 2 saylı "ASAN Kommunal" mərkəzində qeydə alınıb.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində "Azərsu" ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən "Azərsu" ASC "ASAN Kommunal" mərkəzlərində də təmsil olunur. Ümumilikdə, 2014-2017-ci illərdə bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 108778 müraciət daxil olub.

Hazırda "Azərsu" ASC-nin xidmətləri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki "ASAN xidmət", həmçinin, 1 və 2 saylı "ASAN Kommunal" mərkəzlərində təşkil olunub.

CEYHUN

 





13.02.2018    çap et  çap et