525.Az

Dünyanı dolaşan riyaziyyat məsələləri


 

Dünyanı dolaşan riyaziyyat məsələləri<b style="color:red"></b>

Türkiyədə çıxan "Hürriyyət" qəzetinin builki 9 fevral tarixli sayında verilən yazıda uzun illərdir ki, bu ölkədə çalışan TÜBİTAK Riyaziyyat Olimpiadaları Komitəsinin başqanı, Ankaradakı Bilkənd Universitetinin professoru, görkəmli şairimiz Əli Kərimin oğlu Azər Kərimovun gənclərin riyazi bilik və  təcrübələrinin artırılması sahəsindəki uğurlu fəaliyyətindən danışılır.

Neçə illərdir, türk gənclərinin beynəlxalq riyaziyyat olimpiadalarındakı iştirakına rəhbərlik edən professor Azər Kərimov dünyanın bir çox ölkələrindəki riyaziyyatsevərlərin böyük maraqla qarşıladığı təşəbbüsdə bulunmuşdu. Artıq 16 ildir, onun internetlə yaydığı riyaziyyat məsələlərinə gənc riyaziyyatsevərlər  dünyanın müxtəlif ölkələrindən cavablar göndərirlər. "Hürriyyət" qəzetində gedən materialı oxuculara təqdim edirik.

Dünyanın dörd bir yanından riyaziyyatsevərlər TÜBİTAK Riyaziyyat Olimpiadaları Komitəsinın başqanı və Bilkənd Universitetinin Riyaziyyat bölümü müəllimi professor dr. Azər Kərimovun hazırlayıb hər ay internetdə yaydığı məsələləri çözmək üçün bir-biriylə yarışırlar. Kimi İtaliyadan yollayır cavabı, kimi Yaponiyadan. Aralarında riyaziyyat olimpiadalarında medal alanlar belə var. Professor Kərimov on altı ildir ki, hər ay riyaziyyat məsələləri tərtib edir. 2001-ci ildən bəri hər ay bir riyaziyyat məsələlərini Bilkənd Universitetinin internet səhifəsində verir. Çözənlər professor dr. Kərimova cavabı göndərir. Məsələni doğru həll edənlərin adı hər ayın sonunda həmin yerdə göstərilir. Məqsəd isə lisey  şagirdlərini bu məsələlər üzərində çalışmağa təşviq etməkdir.  O deyir: "27 ildir ki, Beynəlxalq Riyaziyyat olimpiadaları tərzində məsələlər hazırlayır, şagirdləri riyaziyyata cəlb etmək üçün maraqlı, bilikdən daha çox zəkaya əsaslanan məsələlər tərtib edirik.

Yapon, italyan, türk gəncləri bu məsələləri həll etmək üçün yarışırlar. Professor dr. Azər Kərimov deyir: "Necə tapdılar bilmirik, Boğaziçi, Doqquz Eylül kimi Universitetlərin fənn liseylərində də bu məsələlərlə maraqlanırlar".

Mövzu riyaziyyat olanda dil də ortaq olur. Buna görə başqa ölkələrin riyaziyyatsevərləri də bu məsələlərlə ciddi şəkildə maraqlanmaqdadırlar.  İsveçrə, Yaponiya, Slovakiya, Hindistan, İtaliya, İsveç, ABŞ, Almaniya, Türkmənistan, Azərbaycan, Sinqapur... Bu ölkələrdən bəzilərində məsələlərdən necə xəbərdar olduqlarını  bilmədiyini söyləyən professor Azər Kərimov deyir: "Onların bir çoxu riyaziyyat olimpiadası iştirakçısı olmuşlar və ya olmağa hazırlaşırlar. Çox maraqlanırlar. Məsələləri bir-iki gün gec verəndə "Nə oldu?" deyə müraciət edirlər. İstəyənlərin sayı xeyli artmışdır. Son zamanlarda bir yapon var, məsələləri çox tez həll etməyə çalışır, hamıdan birinci olmaq istəyir. Riyaziyyat olimpiadalarında iki dəfə qızıl medal almışdır. Istəyənlərin sayının artmaqda olduğunu görürük. Nisbətən asan məsələni həll edənlərin sayı  daha çox olur. Məsələlər bilik və təcrübə qazandırır".

Professor A.Kərimov "Məsələ həllindən başqa bir şey göndərirlərmi?" sualımıza belə cavab verir: "Dünyanın həll edilməyən məsələləri var. Siyahıları mövcuddur. Onları həll etdim - deyib yoxlamaq üçün göndərənlər olur. Bu çözümlər adətən yanlış olur. Məsələ təklif edənlər var, amma kənardan məsələ qəbul etmirik".

 





13.02.2018    çap et  çap et