525.Az

Qanunsuz miqrasiya cəhdinin qarşısı alındı


 

Qanunsuz miqrasiya cəhdinin qarşısı alındı<b style="color:red"></b>

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 7 nəfər Nepal, 3 nəfər Hindistan, 1 nəfər Şri-Lanka vətəndaşı saxlanılıb.

Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Hindistanda fəaliyyət göstərən Deepak adlı şəxsin Ukrayna vətəndaşı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil etdiyi məlum olub.

3 nəfər Hindistan və 1 nəfər Şri-Lanka vətəndaşının Avropaya getmək məqsədi ilə Deepaka müraciət etdiyi və onun həmin şəxslərin Azərbaycana göndərilməsini təşkil etdiyi aşkarlanıb.

Deepakın respublikamızda əcnəbilərə müvəqqəti yaşama icazəsi alınması üçün Vladislav Kobil ilə əlaqəyə girdiyi və sonradan onları Avropa ölkələrinə göndəriləcəkləri vədi ilə aldadaraq külli miqdarda vəsaitlərini mənimsədiyi məlum olub.

Eyni zamanda, Deepakın 7 nəfər Nepal vətəndaşını da Azərbaycanda işlə təmin etmə vədi ilə aldadaraq külli miqdarda ödəniş qarşılığında Azərbaycana göndərdiyi müəyyən edilib.

Görülmüş tədbirlər nəticəsində əcnəbilərin Azərbaycana gətirilərək qanunsuz miqranta çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

CEYHUN

 





13.02.2018    çap et  çap et