525.Az

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum oldu


 

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum oldu<b style="color:red"></b>

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) və olimpiada.edu.az saytından əldə edə bilərlər.

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 5751 nəfərə yaxın şagird iştirak edəcək. Respublika mərhələsinin yarımfinal turuna, rayon (şəhər) mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin, müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir. İnformatika fənni üzrə nəticələr 14 fevral 2018-ci il tarixinədək elan ediləcək.

Olimpiadanın növbəti mərhələsinin aprel ayında keçirilməsi planlaşdırılır.

Məlumatda bildirilib ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi keçirilib. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

S.QARAYEVA

 





13.02.2018    çap et  çap et