525.Az

Martda Azərbaycan və İran müştərək avtomobil zavodunun açılışı olacaq


 

Martda Azərbaycan və İran müştərək avtomobil zavodunun açılışı olacaq<b style="color:red"></b>

Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun rəsmi açılışı bu ilin mart ayında baş tutacaq.  

Bunu APA-nın Tehran bürosuna açıqlamasında “İran Xodro” şirkətin baş direktoru Haşim Yekke Zare deyib. 

O deyib ki, bu müştərək şirkət Azərbaycanla birgə yaradılıb. Qeyd edək ki, avtomobil zavodu Neftçala sənaye məhəlləsində fəaliyyət göstərəcək.  

"Şirkətdə İran tərəfi 25%, Azərbaycan tərəfi isə 75% paya malikdir. Şirkət Rana və Dena tipli avtomobillər istehsal edəcək", - deyə baş direktor vurğulayıb. 

Haşim Yekke Zare qeyd edib ki, zavod fəaliyyətə başladıqdan sonra Azərbaycan tərəfi investisiya yatırarsa, bu ölkədə avtomobil hissələri də istehsal ediləcək.

 





13.02.2018    çap et  çap et