525.Az

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə kimlər haqq ödəyəcəklər?


 

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə kimlər haqq ödəyəcəklər?<b style="color:red"></b>

Bu gün Milli Məclisin plenar iclasında “Energetika haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. 

“APA-Economics” xəbər verir ki, layihəyə əsasən enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar Energetika Nazirliyinin tabeliyindəki publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcək. 

Qanun layihəsinə görə, elektrik enerjisi, istilik enerjisi və qaz istehsalçıları, enerji və qaz  təchizatı müəssisələri, qaz paylayıcıları Energetika Nazirliyinin tabeliyindəki publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcək. Bu sahədə fəaliyyət göstərən müəssisələrdən alınacaq haqqın məbləği və ödənilmə qaydası Azərbaycan prezidenti ilə razılaşdırmaqla Energetika Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. 

Bundan başqa, iclasda “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlara dəyişikliklər də müzakirə olunub.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

 





13.02.2018    çap et  çap et