525.Az

"Həzi Aslanov" stansiyasında eskalatorun əsaslı təmiri başa çatdı


 

"Həzi Aslanov" stansiyasında eskalatorun əsaslı təmiri başa çatdı<b style="color:red"></b>

Bu gün "Həzi Aslanov" stansiyasında ötən ilin noyabr ayından əsaslı təmirə dayandırılmış "ET-5M" markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib. 

"Bakı Metropoliteni" QSC-dən “APA-Economics”ə verilən məlumata görə, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb. 

Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avadanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir. 

2 saylı eskalatorun təmir edildiyi müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən rahat istifadə ediblər.

 





13.02.2018    çap et  çap et