525.Az

Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı


 

Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə "Zerkalo nedeli" nəşrinə Ukrayna  prezidenti Administrasiyasından bildirilib.   

“Ukrayna prezidenti rusiyalı həmkarı ilə telefon danışığı aparıb. Danışıq zamanı ukraynalı girovların azad edilməsi prosesinin sürətləndirilməsi, xüsusən, işğal olunmuş ərazilərdə əsir sərhədçilərin mübadiləsi və ukraynalı hərbçilərin azad olunması məsələsi müzakirə edilib. Həmçinin Normand Dördlüyü ölkələrinin XİN rəhbərlərinin Münhendə fevralın 16-da keçiriləcək görüşünün gündəliyi müzakirə  olunub”, - deyə Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib. 

Ukrayna  prezidenti Administrasiyasından bildirilib ki, telefon danışığı Normand formatı üzrə tərəfdaşlarla əlaqələndirilib.

 





14.02.2018    çap et  çap et