525.Az

MSK İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq etdi


 

MSK İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq etdi<b style="color:red"></b>

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb. 

APA-nın məlumatına görə, iclasda İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib. 

Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. 

Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

 





14.02.2018    çap et  çap et