525.Az

BANM-da “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq


 

BANM-da “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbi (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə mütəxəssis hazırlamağı planlaşdırır. 

Artıq bununla bağlı müəyyən təşkilati-inzibati işlərin icrasına başlanılıb.   

Hazırda bakalavr pilləsi üzrə “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə yüksək potensiallı kadr hazırlığını həyata keçirən Ali Məktəbdə “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisi əmək bazarında bu sahənin mütəxəssislərinə olan ehtiyacı böyük ölçüdə qarşılayacaq. 

Xatırladaq ki, dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-da bütün ixtisaslar üzrə mütəxəssis hazırlığı ingilis dilində aparılır, tədris yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

 





15.02.2018    çap et  çap et