525.Az

Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırıldı


 

Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırıldı<b style="color:red"></b>

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib. 

APA-nın məlumatına görə, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb.  

Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib. 

Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. 

Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.

 





15.02.2018    çap et  çap et