525.Az

Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə


 

Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə <b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov ali məktəbin tələbələrini müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb. 

BANM-dən 525.az-a verilən məlumata görə, E. Qasımov Famil Babayev və Abusupan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib. 

Həmin tələbələr dərslərə ən çox gecikən tələbələrdir. Rektor bu zəngli saatlarla tələbələrin bir daha dərslərə gecikməyəcəyinə inandığını bildirib.

 





16.02.2018    çap et  çap et