525.Az

Rəşad Məcid: "Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər"


 

Rəşad Məcid: "Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər"<b style="color:red"></b>

"Sosial şəbəkələrdə düşüncəsiz, nadan, bəsit insanlar da var. Media belə adamların hər danışdığı ictimailəşdirməməlidir”.

Bu barədə "Sherg.az”a bir qrup gəncin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın kitablarını yandırması barədə fikirlərə münasibət bildirərkən "525-ci qəzet"in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid bildirib.

O qeyd edib ki, ciddi mətbuat belə hərdəmxəyal, nadan fikirlərə diqqət etməməlidir:

"Belə gənclər varsa, onlar ilk növbədə Anarın kitablarını oxumalıdırlar. Heç olmasa xalq yazıçısının "Yaşamaq haqqı” traktatı ilə tanış olmalıdırlar ki, bu millətin haradan gəlib, hara getdiyini bilsinlər. Anarın gördüyü işlər, Azərbaycanın mədəniyyəti, tarixi haqqında fikirlərini oxumalıdırlar ki, yazıçını anlaya bilsinlər.

Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər və yetişməmiş cavan uşaqlar yandırmaq istəyər. Dönə-dönə vurğulayıram ki, bunu ictimailəşdirmək lazım deyil. 2-3 nəfər kəmağıl cavanın bu fikirlərinə kəskin ictimai qınaq olmalıdır”.

Qeyd edək ki, bir qrup gənc Xalq yazıçısı Anarın kitablarını yandırmaq üçün kampaniya başlatmaq çağırışı edib. Yazıçı özü isə həmin gənclərin addımını tərbiyəsizlik adlandırıb.

 





16.02.2018    çap et  çap et