525.Az

"Mühteşem Yüzyıl"dakı öpüşmə səhnəsi qısqanclığa səbəb oldu (FOTO)


 

"Mühteşem Yüzyıl"dakı öpüşmə səhnəsi qısqanclığa səbəb oldu<b style="color:red"> (FOTO)</b> “Muhteşem Yüzyıl” filmində Sultan Süleyman rolunu canlandıran Halit Ergençin xanımı Bergüzar Korelin həyat yoldaşını qısqandığı haqda xəbərlər yayılıb.

525.az-ın məlumatına görə, buna səbəb bir neçə gün öncə filmdə Halit Ergençin Cansu Dereylə öpüşmə səhnəsi göstərilir. Korelin bu görüntülərə görə həyat yoldaşını dəhşətli dərəcədə qısqandığı və hətta stressdən üzünə sızanaqlar çıxdığı söylənilir.

Bergüzar Korel isə bu məlumatı yalan adlandırıb və bildirib ki, belə xəbərlərə sadəcə gülür: “Biz Cansuyla köhnə dostlarıq. O, bizim ailənin bir üzvü kimidir. Belə düşünməyim imkansızdır. Mən bu xəbərlərə gülürəm”.
 





04.10.2012    çap et  çap et