525.Az

“Azərbaycan, Avropa və ABŞ universitetlərinin diplomunu eyni zamanda əldə etmək əla şansdır”


 

“Azərbaycan, Avropa və ABŞ universitetlərinin diplomunu eyni zamanda əldə etmək əla şansdır”<b style="color:red"></b>

Allahverdi Axundov Qərbi Kaspi Universitetinin magistrıdır, eyni zamanda, “Neft Qaz elmi-tədqiqat layihə” İnstitutunun Marketinq xidmətləri şöbəsində çalışır. 

Allahverdi ikili diplom - MBA proqramı üzrə təhsil alır. Gənclər üçün maraqlı və əhəmiyyətli olacağını nəzərə alıb, onunla bu proqram, dərslərin gedişi, proqramın üstünlükləri və s. barədə söhbət etmişik. 

- Niyə məhz bu proqramı seçmişdiniz?

- Hələ universitetdə bakalavr pilləsində oxuyarkən işləməyə başlamışdım. Təhsilimi davam etdirmək, xarici diploma sahib olmaq həmişə arzum olub, amma işimi də sevirəm və onu itirmək istəmirdim. Bu proqram barədə eşidəndə və biləndə ki, dərslər axşam saatlarda keçiriləcək, əsl axtardığımı tapdığımı anladım. Bu, bir şans idi, karyerada fasilə vermədən, təhsilini davam etdirmək və həm də ikili diplom əldə etmək imkanı - özü də dünyanın ən qabaqcıl ölkələrindən biri İsveçrənin aparıcı universitetinin diplomunu. İmtahandan keçməyə qərar verdim və uğurlu alındı.

- Dərslər necə gedir?

- Açığı, işləyə-işləyə təhsil almaq bir az çətindir, ağır zəhmət tələb edir. Ancaq dediyim kimi, mənim üçün ən vacib üstünlüyü odur ki, həm işləyə, həm də oxuya bilirəm. Ümumiyyətlə, qrup yoldaşlarımın demək olar ki, hamısı işləyir və bizim üçün bu, çox vacibdir.

Bundan başqa, dərslər də çox maraqlı keçirilir. İşdən sonra yorğunluğu müəllimlərimiz də başa düşür və dərsləri olduqca interaktiv təşkil edirlər. Biz sadəcə nəzəri biliklər əldə etmirik, oxuduqlarımızdan istifadə etməyi də öyrənirik. Hər dərs keyslər, prezentasiyalar, qrup işləri təqdim edirik.

Gənclər üçün maraqlı olacağını nəzərə alıb, deyim ki, qiyməti də münasibdir və universitet təhsil haqqını hissə-hissə ödəməyə imkan yaradır.

Dərslər Bakıda, Qərbi Kaspi Universitetində keçirilsə də, yayda biz Cenevrə şəhərində yay məktəbinə də qatıldıq. Bu da bizim üçün unudulmaz hadisəyə çevrildi. Həm orada təcrübə keçdik, həm də UBİS-in mütəxəssislərinin mühazirələrini dinləmək imkanı əldə etdik.

- Artıq bu proqrama ABŞ-ın Potomak Universitetinin də qoşulduğu, üçlü diplom almaq şansı yarandığını bilirsiniz yəqin ki.

- Bəli, bu, çox sevindirici xəbər oldu. İndi də biz ABŞ universitetinin diplomunu da əldə etməyə şans qazandıq. Bir proqramda oxuyub, həm Azərbaycan, həm Avropa, həm də ABŞ Universitetinin diplomunu əldə etmək, məncə, əla imkandır.

- Ümumiyyətlə, bu proqram sizə nələr verdi?

- Deməliyəm ki, bu iki il ərzində mən çox şeyi öyrəndim - prezentasiyaları keçirtməyi, özümü biznes partnyorlara təqdim etməyi, layihələrin idarə edilməsini, öz komandamda lider olmağı və s. İndi işimdə özümə daha da əmin olmuşam, daha təcrübəli və praktik məlumatlara malik mütəxəssis olduğumu başa düşürəm.

Bu dövr ərzində bizim çoxlu xarici müəllimlərimiz oldu. Onlar öz ölkələrinin təcrübəsini bizimlə bölüşürdülər və onlarla diskussiya aparmaq çox maraqlı idi. Bu, mənə ingilis dilində daha da sərbəst danışmağa imkan yaratdı. Bundan başqa, yeni tanışlar, yeni dostlar və gələcək partnyorlar tapmışam.

 





18.02.2018    çap et  çap et