525.Az

Neft bahalaşıb


 

Neft bahalaşıb<b style="color:red"></b>

Dünya birjalarında neft bahalaşıb. 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti  1 barelə görə 0,83 dollar və ya 1,35% artaraq 62,51 dollar təşkil olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar və ya 0,89% bahalaşaraq 65,42 dollar təşkil edib.

 





19.02.2018    çap et  çap et